Avropa İttifaqı Gürcüstan hökumətinə təşəkkür məktubu ünvanlayıb

Avropa İttifaqı Gürcüstan hökumətinə təşəkkür məktubu ünvanlayıb backend

Avropa İttifaqı Gürcüstan hökumətinə təşəkkür məktubu ünvanlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David O Sallivan Gürcüstan hökumətinə rəsmi məktub göndərərək Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmamağa dair ən yüksək səviyyədə ifadə olunan öhdəliklərə və atılan addımlara görə təşəkkür edib.

Məktub Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb.

Məlumata görə, məktubda Gürcüstan hakimiyyətinin sanksiyalardan yayınma ilə bağlı məsələləri müzakirə etmək imkanının mövcudluğu da vurğulanır. O Sallivan qeyd edib ki, Avropa Komissiyası Rusiya hərbi sistemlərinə kritik olan ixrac məhdudiyyətlərinin pozulmasının qarşısını almaq üçün region ölkələri ilə sıx əməkdaşlıq edir və Gürcüstanın bu sahədə göstərdiyi səylər yüksək qiymətləndirilir.

Rəsmi məktub Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili və İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişviliyə ünvanlanıb.

Xatırladaq ki, Boçorişvili bununla bağlı bu gün açıqlama verərək bildirmişdi ki, Avropa İttifaqı Gürcüstanın əməkdaşlıq üzrə öhdəliklərini vicdanla yerinə yetirməsini və sanksiyalardan yan keçməməsini yüksək qiymətləndirir.