İzmirdə dəniz polisi su altında Türkiyə bayrağını açdı - FOTO

İzmirdə dəniz polisi su altında Türkiyə bayrağını açdı - FOTO backend

İzmirin Çeşmə rayonunda 29 oktyabr Respublika Günü ilə bağlı dalğıclar Türkiyə bayrağını su altında açıblar.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

2004-cü ildə sökülməsi üçün Əliağaya aparılarkən Çeşmədə batmış və zamanla dəniz canlıları üçün qayalığa çevrilmiş "Monem" gəmisi, sərbəst dalğıc və dalğıc həvəskarları üçün məşhur yerdir.

Türkiyə Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümünü qeyd etmək üçün beş nəfərlik dalğıc qrupu Çeşmə sahillərindəki qəzaya uğramış gəmiyə xüsusi bir dalış edib.

Türk bayrağını su altında açaraq bayram sevincini dənizin dərinliklərinə daşıyan "qurbağa adamlar"ın işi su altında lentə alınıb.

QAZİLER.AZ