Bu səhər Rusiya ordusu Xersondakı uşaq xəstəxanasına raket zərbəsi endirib. Bu, xüsusilə uşaqları hədəf alan qəsdən törədilmiş Rusiya hücumudur.
Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyiib.
“Onlar (rusiyalılar – red.) hara zərbə endirdiklərini bilməmiş deyillər. Bu, Rusiyanın uşaqlara, tibb işçilərinə, cəmiyyətdə həyatın əsas təminatlarına qarşı qəsdən hücumudur”, - deyə dövlət başçısı vurğulayıb.
Zelenskinin sözlərinə görə, xəstəxanaya ciddi ziyan dəyib və binada olan işçilər və uşaqlar arasında xəsarət alanlar var.
"Yaralanan ən kiçik uşağın səkkiz yaşı var idi. Oğlanın özü ilə bərabər anası və qardaşı da yaralanıb. Zərbə anında xəstəxanada təxminən yüz nəfər olub", - deyə Zelenski bildirib.
O, Rusiyanın "bu cür obyektləri hədəf kimi qəbul etməkdən belə utanmadığını" vurğulayıb.
"Rusiya hazırda dünyanın ən böyük terror təşkilatıdır və təkcə terror müharibəsini uzatmır, həm də müharibəyə son qoymaq üçün heç bir fürsətin işləməməsi üçün əlindən gələni etməyə çalışır", - deyə Ukrayna prezidenti bildirib.
QAZİLER.AZ



