Rusiya xarici jurnalistlərin girişini təmin etmək üçün Kupyansk və Pokrovskda hərbi əməliyyatları dayandırmağa hazırdır.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüşdə bildirib.
Rusiya dövlət başçısı qeyd edib ki, "Rusiya qoşunları Kupyansk və Pokrovskda Ukrayna bölmələrini mühasirəyə alıb".
"Moskva xarici jurnalistlər də daxil olmaqla, media nümayəndələrinin mühasirə zonasına daxil olmasına icazə verməyə qarşı deyil", - Putin əlavə edib. Lakin o, bildirib ki, Ukrayna hakimiyyəti öz vətəndaşlarının - Kupyansk və Pokrovskda qalan vətəndaşlarının Ukrayna əsgərlərinin taleyi ilə bağlı qərar verməlidir.
QAZİLER.AZ



