Ukrayna Silahlı Qüvvələri Mirnoqraddakı vəziyyət haqqında: şəhər Ukraynanın nəzarətindədir

Ukrayna Silahlı Qüvvələri Mirnoqraddakı vəziyyət haqqında: şəhər Ukraynanın nəzarətindədir backend

Ukrayna Müdafiə Qüvvələri dünən Donetsk vilayətinin Mirnoqrad şəhərində Rusiya qoşunlarının olması iddiası ilə bağlı yayılan məlumatları təkzib edib.

Bu barədə RBC-Ukrayna "Vostok" Qüvvələr Qrupuna istinadən məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, şəhərdə və ətraf ərazilərdə vəziyyət tamamilə Ukrayna bölmələrinin nəzarəti altındadır. Şəhər daxilində heç bir döyüş əməliyyatı aparılmır.

"Düşmən Mirnoqradda deyil. Şəhərdə və ətraf ərazilərdə vəziyyət tamamilə Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır", - deyə hərbçilər bildiriblər.

Komandanlıq izah etdi ki, "Vostok" qüvvələr qrupunun sözçüsü Milli Telemarafon zamanı şərhində Mirnoqraddan deyil, Pokrovskdakı vəziyyətə istinad edərək səhv danışıb.

QAZİLER.AZ