Gürcüstanda keçmiş millət vəkili və fəallar parlament binasının qarşısında aclıq aksiyasına başlayırlar

Gürcüstanda keçmiş millət vəkili və fəallar parlament binasının qarşısında aclıq aksiyasına başlayırlar backend

Gedevan Popxadze etirazın ifrat formasına əl atmaq qərarına gəlib. Bu gündən etibarən müxalifət siyasətçisi aclıq aksiyasına başlayacaq.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, onunla birlikdə Darecan Tsxvitariya və bir neçə digər fəal da aclıq aksiyası elan ediblər.

Onların tələbləri: siyasi məhbusların azad edilməsi və yeni parlament seçkilərinin təyin edilməsi.

"Dəyişiklik Koalisiyası"nın liderlərindən biri olan Gedevan Popxadzenin sözlərinə görə, aclıq aksiyası yeni bir etiraz mənbəyi yaratmaq üçün zəruridir.

QAZİLER.AZ