Özbəkistan Daxili İşlər Baş İdarəsinin Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi yol-nəqliyyat hadisəsinin təfərrüatlarını açıqlayıb.
Qaziler.az bildirir ki, Özbəkistan Daxili İşlər Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, qəza Almazarski rayonunda, Karasaray küçəsindəki yeni tuneldə baş verib.
İkimərtəbəli nəqliyyat vasitələrini daşıyan "Chakman" markalı yük maşınının sürücüsü tunelin hündürlüyünü nəzərə almayıb və orada ilişib qalıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hazırda araşdırma aparılır.
QAZİLER.AZ



