Volqoqrad hava limanı bütün uçuşları müvəqqəti olaraq dayandırıb

Volqoqrad hava limanı bütün uçuşları müvəqqəti olaraq dayandırıb backend

Rusiyanın Volqoqrad hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Qaziler.az bildirir ki, bu barədə "Rosaviasiya"nın mətbuat katibi Artyom Korenyako Telegram-da xəbər verib.

Onun sözlərinə görə, hava limanı təyyarələri qəbul etmir və ya buraxmır.

"Volqoqrad hava limanı. Təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün lazımdır", - Korenyako yazıb.

QAZİLER.AZ