Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya gedən Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz təyyarəni vurub.
Qaziler.az izvestiya-ya istinadən bildirir ki, bu barədə oktyabrın 28-də Moskva meri Sergey Sobyanin məlumat verib.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan üç dronu vurub. Təcili yardım xidmətləri qalıqların olduğu yerdə işləyir", - o, MAX messenger-dəki kanalında yazıb.
QAZİLER.AZ



