Mən "Gürcü Arzusu"nun əsas müxalifət partiyalarını qadağan etmək qərarını pisləyirəm. Burada məqsəd məqsədi Gürcüstanı Rusiya tipli avtoritar rejimə çevirməkdir.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, bu barədə Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili sosial media hesabında yazıb.
Onun sözlərinə görə, “rejim tam avtoritarizmin tətbiqinə və qurulmasına mane olan hər şeyə gündəlik olaraq sistematik şəkildə məhdudiyyətlər tətbiq edir”.
“Bu gün Gürcüstandan müxalifət partiyalarının qadağan olunmasına qarşı vahid və aydın bir səs eşidilməlidir: Bu, qəbuledilməzdir!
Müxalifətin bu cür təqib olunması təkcə çoxpartiyalı demokratiyanı məhv etməklə kifayətlənmir, həm də cəmiyyəti parçalayır və dövləti məhv edir.
Mən ifadə azadlığı və siyasi fəaliyyətdə iştirak etmək kimi konstitusiya hüququ məhdudlaşdırılan bütün müxalifət qüvvələri ilə həmrəyəm", - Zurabişvili Facebook sosial şəbəkəsində yazıb.
QAZİLER.AZ



