Bəzi miqrant uşaqları rus dili imtahanından azad ola bilər

Bəzi miqrant uşaqları rus dili imtahanından azad ola bilər backend

Dövlət Dumasında miqrantların rusdilli uşaqlarını testdən azad etmək üçün qanun layihəsi təqdim edilib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Dövlət Dumasına təqdim edilən qanun layihəsinə əsasən, rus dili ana dili olan xarici vətəndaşların uşaqları məktəbə qəbul zamanı rus dili imtahanından azad ola bilərlər.

"Qanun layihəsi Rusiya Federasiyası Kommunist Partiyasından olan Dövlət Dumasının deputatları Sergey Obuxov, Mixail Matveyev və Oleq Mixaylov tərəfindən irəli sürülüb", - bu, layihənin izahlı qeydində bildirilir.

Bu baxımdan, federal qanun layihəsində rus dili ana dili olan xarici vətəndaşların uşaqlarının rus dili imtahanından azad edilməsi təklif olunur.

QAZİLER,AZ