Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə 350 Ukrayna dronunu vurub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, tək elə ötən gecə ərzində 193 Ukrayna PUA zəzərsizləşdirilib.
PUA-lar Moskva və Moskva vilayəti, Bryansk, Kaluqa, Tula, Kursk, Belqorod, Orlov, Rostov, Voronej, Orenburq, Tambov, Lipetsk və Samara vilayətinin hava məkanlarında vurulub.
Bundan başqa, Rusiya MN-dən o da bildirilib ki, Rusiya ordusu Dnepropetrovsk və Zaporojye vilayətərinin sərhədində yerləşən Yeqorovka, Privolnoe, və Novonikolaevka yaşayış məntəqələrini ələ keçirib.



