Rusiyanın paytaxtı Moskvadakı hostellərdən birinə edilən reyd zamanı hüquq-mühafizə orqanları 370-dən çox miqrantı saxlayıb.
Qaziler.az bildirir ki, bu barədə "Rosqvardiya"nın mətbuat xidməti oktyabrın 27-də məlumat yayıb.
"Moskva Baş İdarəsinin "Avanqard" Xüsusi Təyinatlı Polis Bölməsinin əməkdaşları paytaxt yataqxanalarından birində miqrasiya qanunlarına riayət olunmasına nəzarət əməliyyatı zamanı Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsindən olan həmkarlarına güclü dəstək göstəriblər", - Telegram kanalındakı paylaşımda deyilir.
Əməliyyat tədbirləri nəticəsində 370-dən çox xarici vətəndaş saxlanılıb.
QAZİLER.AZ



