"Zenit"in futbolçusu və iş adamının oğurlanması işi üzrə beşinci şübhəli saxlanılıb - VİDEO

"Zenit"in futbolçusu və iş adamının oğurlanması işi üzrə beşinci şübhəli saxlanılıb - VİDEO backend

Rusiyanın "Zenit" futbol komandasının futbolçusu Andrey Mostovoyun və Dövlət Dumasının deputatı Vyaçeslav Makarovun kürəkəninin oğurlanması işi üzrə beşinci şübhəli saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə "İzvestiya"ya 27 oktyabrda mənbə məlumat verib.

Beşinci saxlanılan şəxsin adı Daniildir. Daha əvvəl dörd şübhəli saxlanılıb: Samir P., Stepan M., Rüstəm H. və Vladislav Y.

Mənbə həmçinin iş üzrə yeni şahidin ortaya çıxdığını bildirib.

Həmin günün əvvəlində "İzvestiya" qəzetinin mənbəyi futbolçu Mostovoyun qaçırılması cəhdi barədə məlumat vermişdi. Bildirilirdi ki, bir qrup naməlum şəxs idmançıya hücum edib. Gənc oğlan sonda onu qaaçıranlardan yaxa qurtara bilib. Qısa müddət sonra Sankt-Peterburqda dörd şübhəli saxlanılıb. Rusiya Cinayət Məcəlləsinin 126-cı ("Adam oğurluğu") və 162-ci ("Soyğunçuluq") maddələri ilə də cinayət işi açılıb.

QAZİLER.AZ