Rusiya Zaporojye və Dnepropetrovskdə üç yaşayış məntəqəsini ələ keçirib

Rusiya Zaporojye və Dnepropetrovskdə üç yaşayış məntəqəsini ələ keçirib backend

Rusiya qoşunları Zaporojye bölgəsindəki Novonikolayevka və Privolnoye kəndlərini, eləcə də Dnepropetrovsk bölgəsindəki Yeqorovka yaşayış məntəqələrini tutub.

Qaziler.az bildirir ki, bu barədə 27 oktyabrda Rusiya Müdafiə Nazirliyi məlumat verib.

 "Şərq" qüvvələr qrupunun bölmələri düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləyərək Novonikolaevka və Privolnoye kəndlərini tutublar", - nazirlik Telegram kanalında yayımlanan açıqlamada bildirib:.

Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, Rusiya qoşunları Dnepropetrovsk vilayətindəki Pokrovskoye, Danilovka, Tixoye, Novoaleksandrovka, Vişnevoe və Zaporojye vilayətindəki Poltavka və Malinovka yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin (USQ) mexanikləşdirilmiş briqadası və iki hücum alayının birləşmələrini məğlub edib.

QAZİLER.AZ