Belarus hakimiyyəti Rusiyanın ən populyar sosial şəbəkəsi olan VKontakte-ni bloklamaq qərarına gəlib. Səbəbi məlum deyil.
Bu barədə RBC-Ukrayna Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyinin Dövlət Telekommunikasiya Müfəttişliyinin (BelGIE) veb saytına istinadən məlumat yayıb.
Müfəttişliyin açıqlamasında deyilir: "Dövlət Təhlükəsizlik Komitəsinin sorğusu əsasında informasiya resursuna giriş məhdudlaşdırılıb. Məhdudiyyətin müddəti hazırda məlum deyil.
Qeyd etmək lazımdır ki, əvvəllər ayrı-ayrı VKontakte səhifələri qadağan olunmuş resurslar siyahısına əlavə edilmişdi, lakin bütün sayt əlavə olunmayıb.
QAZİLER.AZ



