Gürcüstanda 24 oktyabr günortadan sonra daha bir neçə jurnalist saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə "qruziya-onlayn" məlumat yayıb.
hüquq-mühafizə orqanlarının əməkdaşları "Formula" televiziya kanalının təsisçilərindən biri olan "Publika"nın jurnalisti Basti Mqaloblişvilini, eləcə də İctimai televiziyanın keçmiş əməkdaşı Vasili İvanov-Çikovani və onun həyat yoldaşı, jurnalist Mayko Bokeriyanı saxlayıblar.
Onlara qarşı dəqiq ittihamlar hələlik məlum deyil.
Onlar, çox güman ki, parlamentin yaxınlığında keçirilən etiraz aksiyası zamanı yolu bağlamaqda inzibati xətada ittiham olunurlar. Eyni ittihamla onlarla digər etirazçı həbs edilib, onlardan bəziləri artıq bir neçə gün həbs cəzasına məhkum edilib.
QAZİLER.AZ



