Rusiyanın müdafiə naziri Andrey Belousov Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan hissəsində yerləşdirilmiş "Cənub" Qüvvələr Qrupunun birlik və bölmələrinin işini yoxlayıb.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Cənub Qüvvələr Qrupunda işləyərkən Belousov bölmələrdən birinin ön komandanlıq məntəqəsinin əməliyyatlarını yoxlayıb, orada qərargah zabitlərinin məsuliyyət sahəsindəki mövcud vəziyyət və düşmən hərəkətlərinin xarakteri barədə hesabatlarını dinləyib", - məlumatda deyilir.
Məlumata görə, qrupun komandiri general-polkovnik Aleksandr Sançik nazirə Rusiya hərbçilərinin son 24 saat ərzindəki hərəkətlərinin effektivliyi barədə hesabat təqdim edib.
Sonra Belousov tapşırıqları yerinə yetirərkən xüsusi fərqlənən hərbçilərə dövlət mükafatlarını təqdim etdi.
QAZİLER.AZ



