Türkiyədə yük maşını ilə minik avtomobili toqquşub: 2 ölü, 3 yaralı

Türkiyədə yük maşını ilə minik avtomobili toqquşub: 2 ölü, 3 yaralı backend

Manisanın Alaşehir rayonunda aşmış yük maşınının qarşı zolağa çıxaraq avtomobillə toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

39 yaşlı sürücünün idarə etdiyi yük maşını Dənizli-İzmir avtomobil yolunun Kavaklıdere hissəsində aşıb. Sürüşən yük maşını əks istiqamətdə hərəkətdə olan minik avtomobili ilə toqquşub.

Yük maşınının sürücüsü və eyni avtomobildə olan 31 yaşlı sərnişin hadisə yerində dünyasını dəyişib.

Digər nəqliyyat vasitəsində olan sürücü və iki sərnişin yaralanıb.

Təcili yardım briqadaları yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb, Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

QAZİLER.AZ