Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinə hücum edən Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin sayını açıqlayıb.
Qaziler.az bildirir ki, məlumat nazirliyin Telegram-kanalında yer alıb.
Cəmi dörd saat ərzində, Moskva vaxtı ilə saat 16:00-dan 20:00-a qədər hava hücumundan müdafiə sistemləri 20 pilotsuz uçuş aparatını (PUA) vurub.
Nazirlik hücumların necə dəf edildiyi barədə heç bir təfərrüat açıqlamayıb.
QAZİLER.AZ