Gürcüstanda azərbaycanlı jurnalist Əfqan Sadıqova həbs cəzası verilib

Gürcüstanda azərbaycanlı jurnalist Əfqan Sadıqova həbs cəzası verilib backend

Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovu inzibati xəta törətməkdə təqsirli bilib.

Qaziler.az qruziya onlayn-a istinadən bildirir ki, hakim Zviad Tsekvava ona 14 sutka inzibati həbs cəzası verib.

Daxili İşlər Nazirliyi oktyabrın 18-də Əfqan Sadıqova Rustaveli prospektini bağlamaqda ittiham edib: "Hüquqları pozulan gürcü xalqını tam dəstəkləyirəm. İvanişvili Gürcüstanı diktaturaya doğru aparır. İvanişvili ilə həmfikir olan hər kəs də diktaturanı dəstəkləyir. "İnsanlara qarşı törədilən cinayətləri niyə araşdırmırsınız? İvanişvili cəzalandırılmalıdır. Mənə bir il cəza verə bilərsiniz, çünki mən çıxanda dərhal etiraz aksiyasına çıxacam. Diktaturaya dəstək verməyin. İvanişvili sona qədər diktatordur!" - Əfqan Sadıqov bəyan edib.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 18-19-da qaydalarını pozduqlarına görə 14 nəfər inzibati qaydada saxlanılıb, 53  pozuntu müəyyən edilib ki, onlardan 42-si qanun pozuntusudur.

QAZİLER.AZ