Gümrü küçələrində baş verən kütləvi iğtişaşlar zamanı 37 nəfər saxlanılıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Həbslər şəhər meri Vardan Qukasyanın korrupsiya ittihamı ilə həbsindən sonra Gümrü meriyasının qarşısında keçirilən etiraz aksiyası ilə əlaqədar edilib.
"Cinayət işinin ibtidai istintaqı zamanı 37 nəfər saxlanılıb", - İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Agentliyin məlumatına görə, 29 nəfərə qarşı dövlət ittihamı irəli sürülüb.
QAZİLER.AZ