Paşinyan Ermənistanın niyə konyak istehsal edə bilmədiyini açıqlayıb

Paşinyan Ermənistanın niyə konyak istehsal edə bilmədiyini açıqlayıb backend

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, yerli şirkətlərin bu addan istifadə etmək hüququ olmadığı üçün onun ölkəsində konyak istehsal oluna bilməz.

Qaziler.az-ın məlumatına görə, bu barədə RİA “Novosti” yazıb. 

Paşinyan parlamentdə hökumət saatı zamanı çıxışında bildirib ki, nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri Ermənistanda məhsullarının saxtalaşdırılması ilə bağlı ona şikayət ediblər.

"2018-ci ildən bəri deyirəm ki, bu belə olmayacaq. Hökumətin iclasında da dedim ki, fikirlərimizi dəyişmək lazımdır. Konyak Ermənistanda istehsal oluna bilməz, necə ki, “Jermuk” [erməni mineral suyu] Dilicanda istehsal oluna bilmədiyi kimi...", - baş nazir bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistanda şampan da istehsal oluna bilməz.

QAZİLER.AZ