İzmirin Bayraklı rayonunda bir evdə baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb, ev və yanındakı 2 kiçik müəssisəyə ziyan dəyib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Doğançay məhəlləsində yerləşən birmərtəbəli fərdi evdə naməlum səbəbdən partlayış baş verib.
Xəbərin ardından hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları göndərilib.
Evin içərisində olan Mustafa Dəmir yaralanaraq təcili yardımla İzmir Şəhər Xəstəxanasına aparılıb.
Partlayışın gücü evin içərisini böyük ölçüdə dağıdıb, evə bitişik iki mərmər sexinə ziyan dəyib.
Yanğınsöndürmə qrupları hadisə yerində işlərini davam etdirir.
Hadisənin qazın yığılması nəticəsində baş verdiyi ehtimal edilir.
QAZİLER.AZ
