Finlandiya prezidenti Aleksandr Stubb Kasım-Jomart Tokayevin dəvəti ilə 2025-ci il oktyabrın 28-29-da Astanada rəsmi səfər edəcək.
Qaziler.az-ın məlumatına görə, Akordanın mətbuat xidmətinin məlumatında deyilir.
Səfər çərçivəsində dövlət başçıları arasında danışıqların keçirilməsi, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin, qlobal və regional məsələlərin müzakirəsi planlaşdırılır.
Məlumatda əlavə edilib ki, 2025-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Astanaya dövlət səfərinə gəlib. Səfər oktyabrın 21-də başa çatıb.
QAZİLER.AZ