Rusiya Silahlı Qüvvələri Zaporojjya vilayətində Pavlovka və Dnepropetrovsk vilayətində İvanovka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 22-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Dnepropetrovsk istiqamətində 7 mexanikləşdirilmiş briqada, iki hava-desant-hücum briqadası, bir hücum briqadası, Ukrayna Silahlı Qüvvələrinin iki hücum alayı, həmçinin iki dəniz piyada briqadası və üç Milli Qvardiya briqadasının şəxsi heyəti və texnikası məğlub edilib.
Nazirlik aydınlaşdırıb ki, “Mərkəz” bölməsinin işi sayəsində ukraynalı yaraqlılar 520-dən çox hərbçini, Amerikanın HMMWV zirehli maşını və iki pikapını itirib.
"Bundan başqa, Zaporojye vilayətində “Şərq” qüvvələr qrupunun bölmələri düşmənin üç zirehli döyüş maşını, beş texnikası, iki artilleriya qurğusu və iki elektron müharibə (EW) stansiyasını məhv edib. Ukrayna Silahlı Qüvvələri də 315-dən çox hərbçisını itirib", - məlumatda deyilir.
QAZİLER.AZ



