Oktyabrın 22-nə keçən gecə Rusiya ordusu Ukraynaya 433 hava hücumu həyata keçirib. Düşmən "Şahed", "Kinjal", ballistik və qanadlı raketlərdən istifadə edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Ukrayna radiotexniki qoşunları 433 hava hücumu silahı - 405 pilotsuz uçuş aparatı və 28 raket, o cümlədən 15 ballistik raket aşkarlayıb və izləyib.
Hücumun əsas diqqət mərkəzi Kiyev bölgəsi olsa da, Dnepropetrovsk, Zaporojye, Çerkassı, Çerniqov və Odessa vilayətləri də hücuma məruz qalıb.
Hava hücumunu dəf etmək üçün Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri, zenit-raket qüvvələri, elektron döyüş bölmələri, mobil atəş qrupları və pilotsuz uçuş sistemləri yerləşdirilib.
QAZİLER.AZ