Başlanğıc nöqtənin cəbhə xətti olması şərti ilə Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır. Lakin Moskva dialoq istəmir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.
Ukrayna Prezidenti qeyd edib ki, Ukrayna və onun tərəfdaşlarının diplomatiya ilə bağlı mövqeləri üst-üstə düşür. Konkret olaraq, Ukrayna bir daha müharibəni dayandırmağa hazır olduğunu bildirib.
Sülhün əldə olunması məsələsi Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşündə qaldırılıb. Liderlər razılaşıblar ki, dialoqu məhz belə təşkil etməyə çalışacaqlar - hazırda mövcud olan xətt üzrə.
"Cəbhə xətti diplomatiyanın başlanğıcı ola bilər. Rusiya bir daha diplomatiyadan qaçmaq üçün əlindən gələni edir", - Zelenski qeyd edib.
QAZİLER.AZ