Hakan Fidan və İbrahim Kalın Dohada HƏMAS rəsmiləri ilə görüşüb

Hakan Fidan və İbrahim Kalın Dohada HƏMAS rəsmiləri ilə görüşüb backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Dohada Həmas Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb.

Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, görüşdə Qəzzada son vəziyyət müzakirə olunub.

Diplomatik mənbələrdən verilən məlumata görə, Fidan və Kalın Dohada HƏMAS Şura Məclisinin sədri Dərviş və Həmas Siyasi Bürosunun üzvləri ilə görüşüb.

Görüşdə Qəzzada əldə olunan atəşkəsin bölgə üçün təsirləri müzakirə edilib.

Görüşün digər təfərrüatları haqda məlumat verilməyib.

QAZİLER.AZ