Türkiyədə “Narkokapan” əməliyyatı: 370 nəfər saxlanılıb

Türkiyədə “Narkokapan” əməliyyatı: 370 nəfər saxlanılıb backend

Mərkəzləri Mersində olan və 10 vilayətdə keçirilən "Narkokapan Mersin" əməliyyatında 3 mütəşəkkil cinayət qrupu çökdürülübb, 370 şübhəli saxlanılıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya Mersin vilayət polis idarəsində mətbuata açıqlamasında Mersində vətəndaşların həyatına qəsd edən narkotik tacirlərinə qarşı genişmiqyaslı əməliyyat başlatdıqlarını açıqlayıb.

Əməliyyatın “Narkokapan Mersin” adlandırıldığını açıqlayan Yerlikaya, “Bu əməliyyatda hədəflərimiz mütəşəkkil cinayət qrupları və “torbacı” kimi tanınan küçə alverçiləri olub. Əməliyyatımıza hazırlıq dörd ay çəkdi, bu müddət ərzində biz hər bir addımı ciddi şəkildə yerinə yetirdik", - deyə bildirib.

Yerlikaya əməliyyatın "sübh çağında başladığını" və mərkəzi Mersində olan və 10 vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyata 3250 polis, 30 xüsusi təlim keçmiş narkotik axtarış iti, 2 pilotsuz uçuş aparatı, 3 dron və 1 helikopterin cəlb edildiyini bildirib.

Əməliyyatın davam etdiyini bildirən Yerlikaya "403 fərqli ünvanda eyni vaxtda basqınlar keçirdik. 3 mütəşəkkil cinayət qrupunu sıradan çıxardıq, 370 şübhəlini saxladıq. Əməliyyatımız hələ də davam edir", - dedi.

QAZİLER.AZ