Moskvada kişi "Rosqvardiya" zabitinə bir neçə bıçaq zərbəsi vurub

Moskvada kişi "Rosqvardiya" zabitinə bir neçə bıçaq zərbəsi vurub backend

Moskvada bir nəfər "Rosvardiya"nın növbətçi zabitinə hücum edərək onu bıçaqlayıb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 20-də Rusiya İstintaq Komitəsinin (İK) Moskva idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Yeni Moskvanın Krasnopaxorski rayonunda gənc oğlan narkotik alverində şübhəli bilinərək "Rosqvardiya"nın zabiti tərəfindən saxlanılıb. Şəxsiyyətin yoxlanılması zamanı şübhəli şəxs hüquq-mühafizə orqanının əməkdaşına hücum edib və ona bir neçə bıçaq zərbəsi vurub", - agentliyin Teleqram kanalında məlumat verilib.

Hücum edənin hadisə yerindən qaçdığı bildirilir.

Zabit şəhər xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanları hücum edənlərdən birini saxlayıb.

QAZİLER.AZ