Gümrüdə polis meriya yaxınlığında toplaşanlara qarşı güc tətbiq edib - VİDEO

Gümrüdə polis meriya yaxınlığında toplaşanlara qarşı güc tətbiq edib - VİDEO backend

Oktyabrın 20-də Ermənistanın Gümrü şəhərində polis meriya qarşısında toplaşanlara qarşı güc tətbiq etməyə başlayıb.

Qaziler.az bildirir ki, hadisəni News.am yayımlayır.

"Gümrü meriyasının qarşısında vəziyyət kəskin şəkildə gərginləşib. Oraya böyük polis qüvvəsi yerləşdirilib. Onlarla mer Vardan Qukasyana dəstək üçün toplaşan sakinlər arasında toqquşma olub. Polis vətəndaşları saxlamağa başlayıb", - agentlik xəbər verir.

İlkin məlumatlara görə, etirazçılar arasında saxlanılanlar da var.

Qukasyanın hazırda binada olduğu və polisi izləməyə hazır olduğu, lakin binanın qarşısında toplaşan məmur tərəfdarlarının onu içəri buraxmadığı bildirilir.

QAZİLER.AZ