Oktyabrın 20-də Kremlin sözçüsü Dmitri Peskov Ukrayna münaqişəsinin ərazi mübadiləsi yolu ilə mümkün həlli ilə bağlı deyilənləri şərh edib.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" xəbər verir.
“Washington Post” bir qədər əvvəl yazdığına görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında guya Zaporojya və Xerson vilayətləri ilə bağlı müəyyən razılaşmalar müqabilində Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılması imkanını müzakirə edib. Lakin bu məlumat heç bir konkret təfərrüatla dəstəklənmir.
"Biz həmin telefon danışığı ilə bağlı vermək istədiyimiz bütün məlumatları təqdim etdik. Daha xəbər verəcək bir şey yoxdur", - Peskov brifinq zamanı medianın şərh sorğusuna cavab verərkən deyib.
QAZİLER.AZ