Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Lenino yaşayış məntəqəsini ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 20-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Leninonun azad edilməsi əməliyyatı “Mərkəz” qüvvələr qrupunun döyüşçüləri tərəfindən həyata keçirilib.
"Bundan başqa, qoşun qruplaşmaları Donetskin Krasnoarmeysk, Qrişino, Toretskoye, Novonikolayevka, Dimitrov, Volnoye və Novopavlovka kəndləri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və texnikasına zərbələr endirib. Bu istiqamətdə düşmənin itkiləri 510-dək hərbi qulluqçusu, 4 zirehli döyüş maşını, 6 texnikası və 3 artilleriya qurğusu olub", - məlumatda deyilir.
QAZİLER.AZ