İranda zərərçəkənin bağışlamasına baxmayaraq, oğrunun barmaqları kəsilib

İranda zərərçəkənin bağışlamasına baxmayaraq, oğrunun barmaqları kəsilib backend

İranda Möhsün Aşiri adlı şəxs zərərçəkən tərəfindən bağışlanmasına baxmayaraq, oğurluq etdiyi üçün sağ əlinin dörd barmağı kəsilib.

Qaziler.az bu barədə “Daily Mail”ə istinadən xəbər verir.

Məlumata görə, Aşiri oğurluqda təqsirli bilinib və əvvəlcə altı ay həbs, daha sonra əlinin qismən amputasiyasına məhkum edilib.

Həbs cəzasını çəkdikdən sonra adam təxminən 190.000 dollar girov müqabilində sərbəst buraxılıb. Lakin sonradan məhkəmə onu geri çağırıb və ondan əvvəlki ödədiyi məbləğin iki qatını tələb edib. O, məbləği ödəyə bilmədiyi üçün barmaqlarının kəsilməsi ilə bağlı hökm icra olunub.

"Zərərçəkmiş tərəf Aşirini bağışlasa da, məhkəmə cəzanın dəyişdirilməməsinə qərar verib. Bu, bir daha İran məhkəmə sisteminin özbaşına və qəddar xarakterini nümayiş etdirir", - hüquq müdəfiəçilərinin bəyanatında qeyd edilib.

QAZİLER.AZ