Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Finlandiya Xarici İşlər Nazirliyinə rəhbərlik edən ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtoneni istefaya çağırıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə siyasətçi “X” sosial mediadakı paylaşımında yazıb.
İstefaya səbəb Valtonenin oktyabrın 14-də Tbilisidə hökumət əleyhinə keçirilən etiraz aksiyasında iştirak etməsi olub.
“O (Valtonen – red.) yerli terrorçuları (Tbilisidəki mitinqin iştirakçıları – red.) dəstəkləyərkən yaxalandıqdan sonra məsuliyyətli siyasətçi ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsindən istefa verərdi”, - Papuaşvili yazıb.
Qeyd edək ki,Valtonen oktyabrın 14-də Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən mitinqdə iştirak etdiyinə görə 5000 lari (təxminən 3142,86 azn) cərimələnib.
QAZİLER.AZ