Özbəkistanın paytaxtı Daşkənddə qeyri-adi yol nəqliyyat hadisəsi baş verib.
Qaziler.az Özbəkistan mətbuatına istinadən bildirir ki, şəhərin "Məhtumqulu" küçəsində baş verən qeyri-adi qəzanın təfərrüatları açıqlanıb.
Sosial şəbəkələrdə oktyabrın 17-də Daşkəndin Yaşnabad rayonunun Məxtumkuli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin videosu yayılıb.
Burada "Chery"nin svetoforda kəskin dönmə etdiyini, "Kobalt"la toqquşmaqdan yayınmağa çalışdığını və qəfil qaza basdığını və bordürü aşıb yolun əks tərəfi ilə hərəkət edən "Malibu-2" markalı avtomobilin damına çıxdığı görünür.
Daşkənd Baş Daxili İşlər İdarəsindən verilən məlumata görə, qəzada yuxarıda adı çəkilən avtomobillər və daha bir “Kobalt” toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Hazırda Daşkənd Baş Daxili İşlər İdarəsi araşdırma aparır və hadisənin bütün hallarını müəyyənləşdirir.
QAZİLER.AZ
