Rusiya qüvvələri bu gün səhər saatlarında hücum pilotsuz uçuş aparatından istifadə edərək Çerniqovda dəmir yolu infrastrukturuna hücum edib. Hücum zamanı avadanlıqlara ziyan dəyib, bir nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə Çerniqov Vilayət Prokurorluğunun Teleqram kanalına istinadən RBC-Ukrayna məlumat yayıb.
"İstintaqın məlumatına görə, bu gün səhər saat 9:45 radələrində düşmən Çerniqovda nəqliyyat infrastrukturuna hücum etmək üçün pilotsuz uçuş aparatdan istifadə edib. Hücum nəticəsində bir lokomotiv maşinisti qəlpə yaraları alıb və vaqonlara ziyan dəyib", - vilayət prokurorluğunun açıqlamasında deyilir.
Qeyd olunur ki, prokurorlar UTX-nin müstəntiqləri və polis ilə əməkdaşlıq edərək Rusiya Federasiyasının hərbi cinayətlərinin nəticələrini sənədləşdirmək üçün bütün tədbirləri görür.
QAZİLER.AZ

