Rusiya prezidenti Vladimir Putinin köməyi ilə Çindən təxliyə edilən dağıstanlı beş yaşlı Alim Əlimurzayev uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, xəbər oktyabrın 17-də açıqlanıb.
Uşağın atası Maqomed Əlimurzayev “KP-North Caucasus” qəzetinə müsahibəsində “O, bizi tərk edib” deyib və qeyd edib ki, ölüm ailəsi və Alimin hekayəsini izləyən və xəstəliklə mübarizəsində ona dəstək olan hər kəs üçün ağır zərbə olub.
Məlum olub ki, oğlan son illər ağır xəstəliklə mübarizə aparırmış.