Rusiyada məktəbin idman zalı yanıb

Rusiyada məktəbin idman zalı yanıb backend

Rusiyanın Barnaul şəhərində məktəbin idman zalında 600 kvadratmetr sahədə yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 17-də “İzvestiya”ya mənbə məlumat verib.

Mənbə aydınlaşdırıb ki, hadisə “Barnaul klassik məktəbi” özəl təhsil müəssisəsinin digər binasında baş verib. Yanğın zamanı gimnaziyada dərs olmayıb. Məktəbdən 50-dən çox insan təxliyə edilib.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Altay diyarı üzrə Baş İdarəsi məlumatı təsdiqləyib və qeyd edib ki, hazırda yanğınsöndürmə işləri aparılır, hazırda fövqəladə hallar işçiləri və xüsusi avadanlıqlar hadisə yerindədir.

QAZİLER.AZ