RİA Novosti-nin hərbi müxbiri İvan Zuyev Ukraynanın Zaporojye vilayətində ölüb.
RİA Novosti-nin hərbi müxbiri İvan Zuyev Zaporojye vilayətində öldürülüb.
Qaziler.az bildirir ki, bu barədə agentliyin özü məlumat yayıb.
hərbi müxbir tapşırığı yerinə yetirərkən Ukraynaya məxsus dron zərbəsi nəticəsində həlak olub. Onun həmkarı Yuri Voytkeviç ağır yaralanıb.
Zuyev bir neçə il RİA Novosti-də işləyib. Mart ayında jurnalistə Rusiya prezidenti Vladimir Putin tərəfindən təşəkkür elan edilib.
Voytkeviç uzun müddət agentlikdə çalışıb. İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
QAZİLER.AZ