Oktyabrın 16-da Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Rusiya-ABŞ sammitinə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" xəbər verir.
O, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında gözlənilən görüş xəbərini “sülh tərəfdarları üçün əla xəbər” adlandırıb.
"ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş bütün dünyada sülh tərəfdarları üçün əla xəbərdir. Biz hazırıq!", - Orban X sosial media platformasında (keçmiş Twitter) yazıb.
Macarıstanın “Origo” nəşri cavab olaraq Budapeşti sülhün paytaxtı adlandırıb.
Həmin gün səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını məhsuldar adlandırıb və Macarıstanda görüşəcəklərini açıqlayıb.
QAZİLER.AZ