İran Polşa xarici işlər nazirinin İran əleyhinə iddialar səsləndirməsinə reaksiya olaraq Polşaya etiraz notası verib.
Trend xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Məlumata görə, İranın Xarici İşlər Nazirliyinin Aralıq Dənizi Ətrafı və Şərqi Avropa ölkələri üzrə Departamentinin baş direktoru Mahmud Heydəri Polşanın Tehrandakı səfiri Marçin Vilçek İran XİN-ə dəvət olunub.
İran tərəfi Polşa xarici işlər nazirinin Rusiya-Ukrayna müharibəsində İran PUA-larından istifadə etməsi haqda iddiaları əsassız adlandırıb və İranın kəskin etirazı Polşa tərəfinə elan olunub.
Polşa səfiri ölkəsinin İranla münasib əlaqələrə maraq göstərdiyini qeyd edib və İran tərəfinin etirazını ölkəsinin Xarici İşlər Nazirliyinə çatdıracağını bildirib.