Ukrayna millisinin və Donetskin "Şaxtyor" klubunun futbolçusu Yefim Konoplya rusiyalı siyasətçi Vladimir Jirinovskinin yer aldığı videonu bəyəndiyinə görə üzr istəyib.
Qaziler.az bildirir ki, bu barədə idmançı İnstaqram hesabında məlumat verib.
Bəzi istifadəçilər paylaşımlardan birinə şərhlərdə futbolçunu videonu bəyəndiyinə görə tənqid ediblər.
Futbolçu etdiyi hərəkətə görə üzr istəyib. Konoplya yazıb: "Düz deyirsiniz, mənim bəyənmələrimin arxasında heç bir niyyətim olmayıb və heç bir şəkildə Rusiyanı və ya onun siyasətçilərini dəstəkləməmişəm. Mən öz ölkəmin vətənpərvəriyəm və bu, bir daha olmayacaq", - deyə yazıb.
26 yaşlı Konoplya 2019-cu ildən "Şaxtyor"da çıxış edir. O, Ukrayna millisində də çıxış edib, iki qol vurub.
QAZİLER.AZ