Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiyanın şərqdəki hazırkı hücumu onun son böyük hərbi əməliyyatı ola bilər. Gələn il sülh danışıqları başlaya bilər.
Qaziler.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadən yazır ki, bu fikri Zelenski deputatlarla qapalı görüşündə deyib. Zelenski Rusiyanın şərqdəki və hazırda güclənən hücumunun Rusiyanın müharibədəki son böyük quru hücumu olacağını hesab edir.
Rusiyanın enerji sektoruna qarşı terror hücumları gücləndiyindən Ukraynanı sərt qış gözləyir. Buna baxmayaraq, Zelenski deputatlara deyib ki, o, atəşkəsə nail olmaq üçün real fürsət gözləyir, baxmayaraq ki, bu asan olmayacaq.
QAZİLER.AZ