Gürcüstanın Baş naziri İrakli Kobaxidze Finlandiya Xarici İşlər Nazirliyinin yalan məlumat yaydığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen gərgin iş qrafikini səbəb gətirərək Gürcüstanın Baş naziri ilə görüşünü ləğv edib. Əsl səbəb başqa olub. İrakli Kobaxidze qeyd edib ki, Finlandiyanın xarici işlər naziri Tbilisidə Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyasında iştirak edib və burada etirazçılarla görüşüb.
"Finlandiya Avropa İttifaqının üzvüdür və onun xarici işlər naziri belə yalanlara əl atır. Biz onu yöndəmsiz vəziyyətə salıb bu görüşü ləğv etmək qərarına gəldik", - Gürcüstanın Baş naziri vurğulayıb.
QAZİLER.AZ