Estoniya rusiyalı hakim və prokurora qarşı sanksiya tətbiq edib

Estoniya rusiyalı hakim və prokurora qarşı sanksiya tətbiq edib backend

Estoniya hökuməti rusiyalı hakim Dmitri Qordeyev və prokuror Lyudmila Balandinaya qarşı sanksiya tətbiq edib.

Qaziler.az bildirir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna sosial şəbəkədə məlumat verib.

"Narva muzeyinin direktoru Mariya Smorjevski-Smirnovanın hüquqi təqibinə görə Estoniya Lyudmila Balandina və Dmitri Qordeyevə qarşı sanksiyalar tətbiq edir", - Tsaxna yazıb.

Sanksiyalar bu gündən qüvvəyə minir və Estoniya ərazisinə girişin qadağan edilməsini nəzərdə tutur.

QAZİLER.AZ