Yaşar Gülərin NATO qərargahında təmasları

Yaşar Gülərin NATO qərargahında təmasları backend

Milli Müdafiə naziri Yaşar Gülər ​​Brüsseldə Türkiyənin NATO-dakı daimi nümayəndəliyini və Türkiyənin NATO-dakı hərbi missiyasını ziyarət edib. Gülər ​​İngiltərə müdafiə naziri Con Hili ilə də görüşüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, nazirliyin sosial media hesabında yayılan məlumatda deyilir:

"NATO Müdafiə Nazirləri Toplantısına qatılacaq Milli Müdafiə Naziri Yaşar Gülər ​​əvvəlcə NATO-dakı daimi nümayəndəliyimiz və Türkiyənin NATO-dakı hərbi nümayəndəliyinin baş qərargahında olub. Nazir Yaşar Gülər ​​NATO-dakı daimi nümayəndəmiz səfir Basat Öztürk və Türkiyənin NATO-dakı Hərbi Nümayəndəliyinin rəhbəri general-leytenant Kamal Turandan görülən işlər barədə məlumat alıb".

Yaşar Gülərin NATO Müdafiə Nazirləri Toplantısında iştirak etdiyi Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə də görüşüb.

QAZİLER.AZ