Zelenski Kremlin Belarusdakı hərbi planları haqqında: Tərəfdaşlarımızı xəbərdar edəcəyik

Zelenski Kremlin Belarusdakı hərbi planları haqqında: Tərəfdaşlarımızı xəbərdar edəcəyik backend

Ukrayna kəşfiyyatı Rusiyanın Belarus ərazisinin hərbi əməliyyatları ilə bağlı yeni planı haqqında məlumat əldə edib.

Qaziler.az bildirir ki, “RBC-Ukrayna”nın verdiyi məlumata görə, bunu prezident Vladimir Zelenski Telegram-da Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşşenkonun hesabatından sonra yazıb.

Zelenskinin sözlərinə görə, bu məlumatın təfərrüatları hələ açıqlanmır. Ukrayna tərəfi bu planların həyata keçirilməsi ilə təhdidlə üzləşə biləcək tərəfdaşlarına xəbərdarlıq edəcək.

"Oleq İvaşşenko Rusiyanın Belarus ərazisinin gələcək hərbi əməliyyatları planı barədə məlumat verib. Biz bu məlumatı indiki mərhələdə açıqlamırıq. Biz təhdid oluna biləcək tərəfdaşlarımızı xəbərdar edəcəyik", - prezident bildirib.

QAZİLER.AZ