Rusiya ordusu Donetsk və Dnepropetrovsk vilayətlərində iki yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Donetsk və Dnepropetrovsk vilayətlərində iki yaşayış məntəqəsini ələ keçirib backend

Rusiya Ordusu Ukraynanın Donetsk vilayətinin Novopavlovka və Dnepropetrovsk vilayətinin Alekseyevka yaşayış məntəqələrini ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi oktyabrın 15-də məlumat yayıb.

""Mərkəz" Qüvvələr Qrupunun bölmələri aktiv hücum əməliyyatları nəticəsində "Donetsk Xalq Respublikas"ının Novopavlovka kəndini tutubb", - nazirlik bildirib.

Bundan başqa,məlumatda bildirilir ki, "Mərkəz" qoşun qüvvələri 24 saat ərzində Donetskin Belitske, Novonikolayevka, Dimitrov və Krasnoarmeysk, Dnepropetrovsk vilayətinin Vladimirovka və Novopidqorodne rayonlarında Ukrayna Silahlı Qüvvələrinin  şəxsi heyətini və texnikasını "darmadağın edib".

"Ukrayna qüvvələri qrupun məsuliyyət zonasında 460-dan çox hərbçisini, iki zirehli texnikasını, beş texnikasını və iki səhra artilleriyasını itirib", - Rusiya Müdafiə Nazirliyi əlavə edib.

QAZİLER.AZ